Sumqayıtın uğuru: hər 10 abituriyentdən 8-i tələbə adını qazandı

Sumqayıtın uğuru: hər 10 abituriyentdən 8-i tələbə adını qazandı
Avq 19, 2019 12:22
Oxunma sayı: 112

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. 

“Yeni Sabah”a daxil olan məlumata görə, 3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub. Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, əbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb.

5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib.

Qəbul imtahanlarının birinci mərhələsində ümumilikdə 151 məzun 600-dən yuxarı toplayıb.

Qeyd edək ki, statistik məlumatların təhlili göstərir ki, bu il Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

 

 

Yenisabah.az