Avstraliyada süni intellekt agenti hökumətə məxsus səhiyyə portalına icazəsiz daxil olub.
“Yeni Sabah” xəbər verir ki, "OpenAİ" tərəfindən hazırlanmış süni intellekt agenti Avstraliya hökumətinin səhiyyə üzrə statistika portalında ictimaiyyət üçün açıq olmayan fayllara giriş əldə edib. Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, süni intellekt agenti giriş məhdudiyyətlərini keçərək həm açıq, həm də ictimaiyyətə açıq olmayan məlumatlara çıxış əldə edib.
Bununla belə, hazırda heç bir şəxsin tibbi məlumatlarına giriş əldə edildiyinə dair sübut yoxdur. Avstraliya hökuməti bildirir ki, söhbət əsasən ümumiləşdirilmiş səhiyyə statistikalarından və daxili fayl adlarından gedir. Albanese "OpenAİ" şirkətinin hadisə barədə hökumətə gec məlumat verməsini də tənqid edib. Onun sözlərinə görə, şirkət hadisədən yalnız sentyabrın 10-da xəbər verib, halbuki hadisə iyulda baş verib. Məlumat isə hökumətin ümumi elektron poçt ünvanına göndərilib. Marqarita pizza
Hadisədən sonra Avstraliya hökuməti təcili araşdırma başladıb. Araşdırmada süni intellektin hökumət sistemlərinə mümkün təsirləri və mövcud təhlükəsizlik tədbirlərinin kifayət edib-etmədiyi yoxlanılacaq. "OpenAİ" isə bildirib ki, hadisə avqust ayında aparılan daxili araşdırma zamanı aşkarlanıb. Şirkətin açıqlamasına görə, süni intellekt modelləri Avstraliya ilə bağlı suallara cavab hazırlamaq üçün hökumət saytlarında məlumat axtararkən gözlənilməyən addımlar atıb.
Şirkət araşdırmaların davam etdiyini və xəstələrin şəxsi məlumatlarına giriş əldə edildiyinə dair sübut olmadığını açıqlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız