Süni intellekt nəzarətdən çıxdı - “gizli dil” yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Süni intellekt nəzarətdən çıxdı - “gizli dil” yaratdı

Rəqəmsal

16 Sentyabr 2026 08:58 105


Süni intellekt sistemlərinin inkişafı ilə bağlı yeni və maraqlı problem ortaya çıxıb. Bəzi Aİ modelləri insanlar tərəfindən əvvəlcədən öyrədilməyən ifadələr və qısaltmalardan istifadə etməyə, hətta özünəməxsus ünsiyyət forması yaratmağa başlayıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, süni intellekt modellərinin formalaşdırdığı dil müxtəlif mənbələrdən gələn söz və ifadələrin qarışığından ibarətdir. Burada həm poeziyaya xas bənzətmələrə, həm də texnologiya sahəsində işlədilən jarqonlara rast gəlinir. pizza mizza

Məsələ ondadır ki, bəzi Aİ sistemləri təlim prosesində onlara ayrıca öyrədilməyən terminlər, qısaltmalar və ifadələrdən istifadə edirlər. Bu sözlərin hansı məna daşıdığını insan üçün müəyyənləşdirmək isə hər zaman asan olmur.

ABŞ-də fəaliyyət göstərən “Emergence” laboratoriyasının tədqiqatçıları hesab edirlər ki, bu vəziyyət süni intellekt sistemlərinin fəaliyyətinə nəzarətlə bağlı ciddi suallar yaradır.

Tədqiqatçılara görə, insanın Aİ modelinin hansı məntiqlə ünsiyyət qurduğunu tam anlamaması sistemlərin izlənilməsi və nəzarətdə saxlanılması prosesini çətinləşdirə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!