Süni intellekt sahəsində dünya lideri olan texnologiya şirkətlərinin rəhbərləri texnologiyanın kənardan nəzarətdən çıxma riski ilə bağlı ard-arda xəbərdarlıq bəyanatları veriblər.
“Yeni Sabah” xəbər verir ki, "Claude" süni intellekt sisteminin tərtibatçısı "Anthropic" şirkətinin rəhbəri Dario Amodei və "ChatGPT" modelinin ana şirkəti "OpenAI"ın rəhbəri Sam Altman süni intellektin inkişaf tempinin təcili olaraq yavaşdılmasının vacibliyini vurğulayıblar.
"Anthropic" rəhbəri Dario Amodei texnologiyanın nəzarətsiz güclənməsinin yaratdığı təhlükələrə diqqət çəkərək prosesin dayandırılmasının və ya ləngidilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, kifayət qədər hesablama gücü və sərbəstlik verildikdə bu sistemlər özlərinə qoyulan qadağaları və təhlükəsizlik baryerlərini adlayaraq icazə verilməyən fəaliyyətləri icra etməyə başlayırlar. Toyuqlu pizza
"OpenAI" rəhbəri Sam Altman da bu narahatlığa dəstək verərək həmkarının mövqeyini paylaşdığını bəyan edib:
"Dariona tamamilə qatılıram, biz də eynisini edəcəyik", — deyə Sam Altman təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və inkişaf tempinə yenidən baxılacağını vurğulayıb.
Mütəxəssislər sahadəki iki ən böyük rəqib şirkət rəhbərinin eyni vaxtda belə bir xəbərdarlıqla çıxış etməsini süni intellektin təhlükəsizliyi və etik çərçivələri baxımından tarixi bir dönüm nöqtəsi kimi dəyərləndirirlər. Global texnologiya ictimaiyyəti bu bəyanatlardan sonra dövlət səviyyəsində tənzimləmələrin daha da kəskinləşəcəyini proqnozlaşdırır.
Nazim Hacıyev
Telegram kanalımız