Suraxanıda 500 ədəd sərv ağacı əkildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda 500 ədəd sərv ağacı əkildi - Fotolar

Sosial

02 May 2021 12:18 1141


Ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Suraxanı rayonunda mütəmadi ağacəkmə aksiyaları təşkil olunur.

Yenisabah.az xəbər verir ki, növbəti dəfə aprelin 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin və "Nəfəs" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bir ağac bir nəfəs" devizi altında keçirilən ağacəkmə aksiyasında Suraxanı rayonu, Əmircan-Qaraçuxur yolunun sol tərəfində 500 ədəd sərv ağacı əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!