Suraxanıda növbəti küçə asfaltlandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

Sosial

11 Noyabr 2022 15:02 654


Suraxanı rayonunda da yollarda aparılan quruculuq işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində məhəllədaxili yolların torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə uzunluğu 1000 m olan yolda 6000 kv.m asfalt örtüyü salınır.Yolun əsaslı şəkildə yenidən qurulması sakinlərin gediş - gəlişini xeyli rahatlaşdıracaq, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. Sezar pizza

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!