Suraxanıda Vətən müharibəsi şəhidi anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda Vətən müharibəsi şəhidi anıldı - Fotolar

Sosial

26 Oktyabr 2022 11:51 809


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, və "Füzulinin azad olunmasına görə"medallarına layiq görülən Şəhid Cabarzadə Cavid Qorxmaz oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə ehsan süfrəsi açılıb. 

Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə rəhbərləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.  Marqarita pizza

Mərasimdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Suraxanıda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini vurğulayıb.

RİH başçısı həmçinin bildirdi ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlanıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan yerləşdiyi coğrafi məkanda həm söz, həm də güc sahibidir. Əldə edilmiş qələbə ölkəmiz qarşısında yeni imkanlar yaratmaqla yanaşı, yeni iqtisadi və siyasi cəhətdən daha da qüvvətli Azərbaycanın qurulmasına xidmət etmiş oldu. 

Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!