Ukrayna PUA-larının Rusiyanın iri neft-kimya zavodlarına və emal müəssisələrinə endirdiyi effektiv zərbələr Yaxın Şərqdə, xüsusilə Suriyada ağır sosial-iqtisadi fəsadlara yol açıb. Moskvadan yanacaq dəstəyi alan Suriya Rusiyadakı istehsalın azalması fonunda kəskin enerji sıxıntısı və yanacaq defisiti ilə üz-üzə qalıb.
“Yeni Sabah” ölkədə benzin və dizel yanacağının qiymətlərinin kəskin bahalaşması və yanacaqdoldurma məntəqələrində yaşanan uzun növbələr əhalinin səbir kasasını daşırıb. Müxtəlif şəhərlərdə küçələrə axışan minlərlə etirazçı ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib.
Şahidlərin və yerli mənbələrin verdiyi məlumata görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, cavabında isə nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və yandırıcı qarışıqlar fırladıblar. Bir neçə rayonda komendant saatı tətbiq olunub, onlarca şəxsin saxlanıldığı bildirilir. pizza
Nazim Hacıyev
Telegram kanalımız