Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
15 İyn 2021 20:05
1337

Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı

Cənab Ərdoğanın Şuşa səfərinin əsas başlıqları deyərkən aşağıdakılar nəzərə alınmalıdır. 30 illik müstəqillikdən sonra iki qardaş ölkə arasında bütün sahələri ehtiva edən Müttəfiqlik Bəyannaməsi məhz türk dünyasının paytaxtı olan Şuşada imzalanıb, tarixə “Şuşa Bəyannaməsi” kimi düşdü. Yaxın vaxtlarda Şuşada Baş Konsulluq açılacaq. Yaxın zamanlarda Azərbaycan PUA-lar istehsal etməyə başlayacaq. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin güc və idarəetmə strukturları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək. Bu iki dövlətdən birinə üçüncü dövlət tərəfindən edilən təxribat hər ikisinə edilmiş təxribat kimi qiymətləndiriləcək.

Ərdoğanın Şuşa səfəri və bəyanatları bölgədə yeni situasiya yaradır. Ərdoğan Azərbaycanın təhlükəsizliyini üzərinə götürməklə, Köçaryan və digərlərinin revanşını hazırlayanlara da cavab verdi. Türkiyə məsələsində ictimai rəy demək olar ki, birmənalıdır. Ankara bölgədə əsas güc olduğunu nümayiş etdirir.

İranın məsələyə münasibəti də mühüm olacaq. Tehranın Alameh Tabatabayi universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə ekspert Ehsan Movahedyan “Orbeli.am” saytına verdiyi müsahibədə İranın nələr düşünməsi barədə fikirlər səsləndirib.

“Azərbaycanın son müharibədəki uğurlu strategiyası, yəni İran sərhədi boyunca irəliləmək və hərbi əməliyyatlar aparmaq, Sünikin (Zəngəzurun - red.) bəzi bölgələrinin, xüsusən İranla həmsərhəd bölgələrin işğalı yolu ilə Naxcivanla quru əlaqələrini təmin etmək Azərbaycanın strateji siyasətidir.

Qarabağdan sonra Azərbaycan hökuməti, Türkiyənin təşəbbüsü və dəstəyi ilə, Naxcivanla quru əlaqəsini təmin etmək üçün Ermənistanın Sünik bölgəsinə Azərbaycan ərazilərindən Naxçıvana iki əsas istiqamətdə hücum edə bilər.

İranın bölgədəki əsas rəqibi olan Türkiyənin inkişaf etdirdiyi bir prosesdə İranın Azərbaycan, Ermənistan və Naxçıvan sərhədlərində gərginlik artaraq regionu yeni alovlandıra bilər. Digər tərəfdən, 44 günlük Qarabağ savaşının nəticələrindən biri də İranla Ermənistan arasındakı quru sərhədinin azaldılması, Şimal-Cənub dəhlizinin aradan qaldırılması ehtimalı, İrandan enerji nəqli üçün əngəllər yaradılması ehtimalıdır". Xatırladaq ki, bu iranlı politoloqun fikirləridir.

Baxmayaraq ki, Ərdoğan və Əliyev bu günkü açıqlamalarında altılı platforma layihəsinə sadiq qaldıqlarını, regionda dayanıqlı sülh üçün Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran, Ermənistan arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduqlarını bir daha vurğuladılar və Putinin də buna səy göstərəcəyinə ümidvar olduqlarını səsləndirdilər.

Ermənistan isə küyə və panikaya düşüb. Yenə həmişəki havasını çalmaqdadır. Ermənistan sosial şəbəkə seqmenti dayanmadan mərhum Tələt Paşanın kəsilmiş başının fotolarını paylaşır. Amma necə deyərlər it hürər, karvan da öz yoluna davam edər. Bu dəfə karvan çox güclüdür, Ərdoğanın da qeyd etdiyi kimi birlikdə daha güclüyük./Bizimyol.info

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər