Tacik anklavına gedən yol açıldı

saytların hazırlanması

Evə çatdırılma

Tacik anklavına gedən yol açıldı

Dünya

19 Sentyabr 2022 10:43 882


Tacikistan və Qırğız Respublikası arasında sərhəd münaqişəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb.

Yenisabah.az “Radioi Ozodi”yə istinadla xəbər verir ki, nəticədə Tacikistanın Vorux qəsəbəsinə gedən yol açılıb.

Sentyabrın 18-də “Güliston” buraxılış məntəqəsində işçi qrupların növbəti iclası keçirilib və tərəflər mövcud məsələlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar. Toyuqlu pizza

Bundan əvvəl Soqd vilayətinin (Tacikistan) rəhbəri Racaboy Əhmədzoda və Batken vilayətinin (Qırğız Respublikası) rəhbəri Abdukarim Alimbayevin rəhbərliyi ilə sərhəddə atəşkəs rejiminə nəzarət üzrə birgə komissiya yaradılıb. 

Xatırladaq ki, Tacikistan və Qırğız sərhədçiləri arasında ağır silahların tətbiqi ilə döyüş əməliyyatları sentyabrın 14-də Tacikistanın Vorux rayonunun Keç qəsəbəsində başlayıb və sentyabrın 17-dək davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!