Tahir Kərimli nazirin TV-sini hədəfə aldı:   “O pulu pensiyaların ödənilməsinə yönəltmək daha yaxşı olmazdımı?”

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli nazirin TV-sini hədəfə aldı: “O pulu pensiyaların ödənilməsinə yönəltmək daha yaxşı olmazdımı?”

Sosial

06 Aprel 2024 13:33 12537


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dost” TV-ni açırsa, yəqin ki, bu da dövlətdən ayrılan vəsait hesabınadır. Maliyyə tutumu nə qədər olacaq? Bu maliyyə əhəmiyyətli dərəcədədirmi? Həmin vəsaitləri vətəndaşların pensiya və təqaüdlərinin ödənilməsinə yönəltmək daha yaxşı olmazdımı? “Dost” TV-ni yaratmaq əvəzinə hər hansı televiziya kanalında proqram açıb maarifləndirmə işi aparmaq olmazdımı? Bunların hamısı sual doğurur”.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 

Deputat düşünür ki, sosial ehtiyacı olan insanların çox olduğu ölkədə vəsaiti birbaşa əhalinin sosial təminatına yönəltmək daha yaxşı olar: Dördpendirli pizza

““Dost” TV-də əlavə nə deyiləcək ki? Vallah, xalq hər şeyi bilir. Bu sahədə o qədər də sosial maarifləndirməyə ehtiyac yoxdur. Hamı bilir ki, xalq nə istəyir, hansı tələbdədir. Təəssüf ki, nazirliyin “Dost” TV-yə nə qədər maliyyə ayırdığı barədə məlumatım yoxdur. Kanal nəyin hesabına fəaliyyət göstərəcək? Bəlkə, yardımçı təsərrüfatı var, gəlir götürüb bunun hesabına edəcək? Bu variantlar da ola bilər, nəsə deyə bilmərəm. Amma birbaşa dövlət büdcəsindən televiziya kanalı açmaq məqsədi üçün maliyyə ayrılması məsələsinə ehtiyatlı yanaşmaq lazımdır. Çünki bu, məqsədəmüvafiq olmaz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ziko
    Xalqın mənafeyini düşünmür ƏƏSMN. 3 - 5% əhaliyə qəpik quruş müavinət verir. Kasıb insanların ahı tutacaq o naziri. Alqış Tahir Kərimliyə.
    2 years ago
  • Məhəbbət İsmayıllı
    Alqışlar siz daima xalqmizin xeyirinə çalişmisız, Hörmətli Tahir Kərimli
    2 years ago