Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Taliban“ danışıqlara razılıq verdi
15 Okt 2021 17:32
685

“Taliban“ danışıqlara razılıq verdi

"Taliban" gələn həftə Moskvada keçirilməsi planlaşdırılan danışıqlarda iştirakını təsdiqləyib.

Yenisabah.az bildirir ki, bu barədə "Azadlıq Radiosu" xəbər yayıb.

Prezident Vladimir Putinin Əfqanıstan üzrə nümayəndəsi Amir Kabulov jurnalistlərə olan açıqlamasında deyib ki, mart ayında Rusiyada Əfqanıstanla bağlı beynəlxalq konfrans keçirilib.

Rusiya, ABŞ, Çin və Pakistan "Taliban" və o vaxtki Əfqanıstan hökumətini zorakılığa son qoymağa və sülh razılaşması əldə etməyə çağırıb.

Avqust ayında "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Rusiya dəfələrlə qonşu Orta Asiya dövlətlərində islamçı ekstremistlərin meydana çıxmasından narahatlığını ifadə edib.

Bu təhlükənin qarşısını almaq üçün Rusiya, Tacikistanla bərabər Əfqanıstanla sərhəddə döyüş manevrləri apardı və əlavə texnikalarını buradakı hərbi bazalarına yerləşdirdi.

"Taliban"ın Türkiyədən sonra Rusiya ilə danışıqlara getməsi, bir sıra siyasi analitiklər tərəfindən onların artıq müasirləşməsi və hakimiyyətdə qalmaq üçün dünya dövlətləriylə kompromislərə getməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən gün "Taliban" rəsmiləri Ankaraya səfər etmişdilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər