Tanınmış həkimdən şikayət var

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkimdən şikayət var

Sosial

10 Oktyabr 2026 09:10 93


Səhiyyə sahəsində vətəndaşların aldadılması və vəsaitlərin mənimsənilməsinə dair paylaşım müzakirə doğurub.

“Yeni Sabah” xəbər verir ki, vətəndaş Farid Quliyevin sözlərinə görə, özünü həkim kimi təqdim edən Ramin Quliyev "ödənişsiz qəbul" elanları ilə təyin etdiyi dərmanlar və bahalı prosedurlar vasitəsilə müalicə aparır.

Zərərçəkən şəxs bildirib ki, məsləhət üzərindən həmin mərkəzə müraciət edərək təyin olunan prosedurları keçib və böyük məbləğdə pul xərcləyib. Müalicə kursu bitdikdən sonra ağrıları azalmaq əvəzinə daha da kəskinləşib. Toyuqlu pizza

Şikayətçinin sözlərinə görə, səhhəti pisləşdikdən sonra həkimə zəng etsə də, cavab ala bilməyib, günlər sonra isə "WhatsApp"la yalnız "bu normaldır" cavabı ilə yola verilib.

F.Quliyev yalnız keçmiş həkiminin müdaxiləsi ilə ağır vəziyyətdən çıxa bilib.

O, digər insanların da bu tələyə düşməməsi üçün mərkəzin sosial şəbəkə səhifələrində şikayətini yazsa da, dərhal bloklandığını və rəylərinin silindiyini qeyd edib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!