Bit bazarında satılan cihazın içindən tarix çıxdı – 45 min avroya alındı

saytların hazırlanması

Evə çatdırılma

Bit bazarında satılan cihazın içindən tarix çıxdı – 45 min avroya alındı

Maraqlı

24 Noyabr 2026 13:03 44


Rumıniyada bir riyaziyyatçının "bit bazarı"ndan aldığı köhnə cihaz əslində İkinci Dünya müharibəsində istifadə olunan tarixi şifrələmə maşını imiş.

“Yeni Sabah” xəbər verir ki, paytaxtı Buxarestdə alim onu tərəddüd etmədən 100 avroya alıb.

Sonradan məlum olub ki, bu, nasist Almaniyasının İkinci Dünya müharibəsi zamanı hərbi məlumatları şifrələmək üçün istifadə etdiyi “Enigma I” modelidir. 1941-ci ildə Almaniyanın “Heimsoeth & Rinke” şirkətinin istehsalı olan cihaz öz qutusu ilə birlikdə qorunub saxlanılıb. Üstəlik, uzun illər keçməsinə baxmayaraq, işlək vəziyyətdə olub.  Elektronika məhsulları

Riyaziyyatçı cihazı aldıqdan sonra onu təmizləyib, təmir edib və işləmə mexanizmini araşdırıb. "Enigma" Buxarestdə yerləşən “Artmark” hərrac evində satışa çıxarılıb. İlkin qiyməti 9 min avro müəyyən edilən maşın internet vasitəsilə hərraca qatılan anonim şəxsə 45 min avroya satılıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!