Almaniya Ukraynaya milyardlarla avro ayırır

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya milyardlarla avro ayırır

Dünya

24 Noyabr 2026 12:56 35


Almaniya Ukraynaya hərbi dəstəyini artırmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, gələn il ölkəyə 11,6 milyard avro dəyərində yardım göstəriləcək. Bundan əlavə, Ukraynanın istifadə etdiyi kəşfiyyat dronlarının istehsalı Almaniyada həyata keçiriləcək. 

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində ukraynalı həmkarı Yevgeni Xmara ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. ShopByBro

Pistorius Ukraynanın döyüş meydanında qazandığı təcrübənin və hazırladığı yeni texnologiyaların Almaniya ordusuna da töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq NATO-nun hərbi imkanlarının güclənməsinə də kömək edib.

Almaniya müdafiə naziri bildirib ki, xüsusilə qış aylarında əhəmiyyəti artan pilotsuz uçuş aparatlarının istehsalı genişləndiriləcək. Onun sözlərinə görə, Ukraynanın “Babka” adlı kəşfiyyat dronu Almaniyada istehsal edilərək Ukraynanın istifadəsinə veriləcək. Bundan başqa, Ukraynanın “Delta” döyüş idarəetmə sisteminin Almaniya ordusunda tətbiqi ilə bağlı niyyət bəyanatı imzalanıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!