Tanınmış meyxanaçı evini satır   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış meyxanaçı evini satır - Səbəb

Şou

19 Sentyabr 2020 11:32 15373


Meyxanaçı Samirə Yusifqızı da evini satışa çıxarıb. 

Yenisabah.az-a bu haqda açıqlama verən meyxanaçı maddi cəhətdən sıxıntı yaşadığını deyib. Pandemiya səbəbindən məclislərdə iştirak edə bilməyən söz ustası pulsuzluqdan şikayətlənib:

“Pandemiyadır, gəlir yerim yoxdur, nə iş var, nə də pul. Hazırda yaşadığım evi satıram. Ev Bakının Əhmədli qəsəbəsində yerləşir. 5 sotun içərisində tikilmiş, tam hazır evdir”.    Toyuqlu pizza

Meyxanaçı külli miqdarda borcu olduğu üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, son günlər pandemiya səbəbi ilə gəlir yerləri olmayan bir çox məşhur evini satışa çıxarıb. Müğənni Xuraman Şuşalı Qaraçuxurdakı evini, Xalq artisti Brilliant Dadaşova bağ evini və maşınını, idmançı Kamil Zeynallı evini satışa çıxarıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!