Tarix Əliyevin verilişi barədə ARAŞDIRMA  APARILDI –   NƏTİCƏ

saytların hazırlanması

Evə çatdırılma

Tarix Əliyevin verilişi barədə ARAŞDIRMA  APARILDI – NƏTİCƏ

Şou

10 Aprel 2025 12:49 1165


Tarix Əliyevin aparıcısı olduğu “ Tarixin bir günü” verilişində səsləndirilən bir fikir tamaşaçılar arasında narazılığa səbəb olub. Belə ki, verilişə qonaq olan müğənni Nüşabə Musayeva açıqlaması ilə tənqid atəşinə tutulub. Onun xəyanətə xəyanətlə cavab verməsi barədə fikirləri və bunu açıq-aşkar, çəkinmədən ifadə etməsi nəinki onun şəxsinə, həmçinin verilişin də nüfuzuna xələl gətirib. 

Efirdə bu cür fikirlərin qəbuledilməz olduğunu deyən izləyicilər belə verilişlərə Audivizual Şura tərəfindən nəzarət olunmadığını və tədbirlərin sərtləşdirilməsini ərz edirlər. 

“Yeni Sabah” olaraq sözügedən quruma məsələ ilə bağlı sorğu ünvanladıq. Sorğumuza Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev belə cavab verdi: Marqarita pizza

“Bu fikirlər “Space TV”-nin efirində səsləndirilməyib. Ola bilər ki, hər hansı sosial şəbəkədə paylaşılıb. Verilişin aparıcısı, yaxud digər bir adam  bunu paylaşa bilər. Nə “You Tube”-nin, nə də digər sosial platformaların fəaliyyətini biz tənzimləyirik. Biz ancaq efirə gedən veriliş və fikirlərə cavabdeh olaraq müdaxilə edə bilirik. Bu səbəbdən araşdırma aparıldı və müəyyənləşdirildi ki, o verilişdə belə fikir səsləndirilməyib”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!