TƏBİB 11 min uşaqla bağlı   məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB 11 min uşaqla bağlı məlumat yaydı

Sosial

26 Avqust 2026 10:03 202


TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində avqustun 1-dən 15-dək ölkə üzrə 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqlar müəyyənləşdirilir. Həmçinin valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir. Dominos pizza

Qeyd olunub ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə iyulun 15-dən 31-dək keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!