TƏBİB-ə yeni səlahiyyət verildi - Qərar

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-ə yeni səlahiyyət verildi - Qərar

Sosial

10 Avqust 2023 16:48 1115


Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydasına dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yeni səlahiyyət verilib. pizza hut

Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunacaqlar.

Əvvəl bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində idi.

#

Firuzə Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!