Bu məlumatlar yalandır, vəzifəyə təyin olunanlar yoxdur -   TƏBİB-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu məlumatlar yalandır, vəzifəyə təyin olunanlar yoxdur - TƏBİB-dən AÇIQLAMA

Sağlamlıq

23 Aprel 2026 12:38 334


“Bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur. Bildiririk ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib”.

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur:

“Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır. 

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir”.

Qeyd edək ki, TƏBİB-in icarçı direktoru Vüqar Qurbanov fevralın 16-da vəzifəsindən azad edilib.

Aprelin 17-də Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!