Şimal-Cənub dəhlizinin İran və Azərbaycan Respublikası üçün danılmaz faydaları var və bu məsələ vəd edir ki, biz yaxın gələcəkdə İran və Azərbaycan İran arasında münasibətlərin istiləşməsi istiqamətində nəzərəçarpacaq dəyişikliklər görəcəyik.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti Lana Ravəndi Fədavi deyib.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi ilə tranzit həcmi 30 milyon tona çatdırıla bilər və 2030-cu ilə qədər bu marşrutla daşınan yüklərin həcmi 45 milyon tona yüksəlməlidir. Sezar pizza
L. Ravəndi bildirib ki, bir çox texniki problemlər, o cümlədən Xəzər dənizində böyük tutumlu müasir ticarət gəmilərinin yoxluğu və Rusiya limanlarının infrastrukturunun modernləşdirilməsi zərurətinə görə, İran və Rusiya arasında birbaşa dəniz marşrutu maksimum performansdan uzaqdır.
"Bu dəhlizin Azərbaycan Respublikası ərazisindən keçən qərb hissəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi dəmir yolu marşrutunun çatışmayan hissəsini tamamlayacaqdır", - deyə ekspert əlavə edib.
Telegram kanalımız