7 İyul - 02:17
Tehranda atışma oldu: Ölən və yaralananlar var

Tehranda atışma oldu: Ölən və yaralananlar var

Dünya

28 May 2022 12:38 503


İranın paytaxtı Tehranda Taleqani küçəsində baş verən silahlı atışma nəticəsində 2 polis zabiti yaralanıb. 

“Report” xəbər verir ki, bu barədə Tehran əyaləti polis idarəsindən bildiriblər.

Məlumata görə, Şəhidlər və Veteranlar Fondunun qarşısında adamların çox olduğu vaxt bir nəfər tapança ilə zabitlərə və sıravi vətəndaşlara atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı da ayaqlarından yaralanıb. Yaralanan polis zabitləri hospitala yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulduğuna dair məlumat yayılıb.

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata əsasən, atışma nəticəsində Tehran Şəhər Polis İdarəsinin zabiti Abbas Rahəncam ölüb, həyat yoldaşı yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!