Tehranda güclü zəlzələ gözlənilir:   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Tehranda güclü zəlzələ gözlənilir: RƏSMİ AÇIQLAMA

Hadisə

24 Avqust 2025 10:50 479


İranın paytaxtı Tehranın şimalındakı fay xətti Rixter cədvəli üzrə 7,2 bal gücündə zəlzələyə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bunu ölkənin Böhranın Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri bildirib.

İran rəsmisi həmçinin qeyd edib ki, Rey şəhərindəki fay xətti Tehranda Rixter cədvəli üzrə 6,7 bal gücündə zəlzələyə səbəb ola biləcək ikinci ən böyük tektonik piltənin qırılma nöqtəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!