Tehranda postsovet ölkələri ilə sərgi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Tehranda postsovet ölkələri ilə sərgi keçiriləcək

Dünya

25 İyun 2023 14:03 797


Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi bağlamasının son mərhələsində olan İranda 2-ci Avrasiya Ekspo 2023 İxtisaslaşdırılmış Sərgisi keçiriləcək.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, tədbirin inzibati meneceri Əlirza Cəfərinin sözlərinə görə, sərgi Tehranın Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

“Eurasia Expo 2023” sərgisi dekabrın 4-7-nə planlaşdırılıb. Pepperoni pizza

Sərgi İranın Sənaye, Mədən və Ticarət Nazirliyi və İranın Ticarətin İnkişafı Təşkilatının dəstəyi ilə keçirilir. Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və İran şirkətləri tədbirdə iştirak edəcək. 

Çin, İndoneziya, Koreya, Hindistan, Misir, Serbiya və bəzi Latın Amerikası ölkələri də daxil olmaqla, 40-dan çox ölkədən 10,000-dən çox ziyarətçinin iştirakı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!