İran xarici siyasətini reaktiv vəziyyətdən çıxarmalı və Tehranın təşəbbüsü ələ almalıdır.
Yenisabah.az Jamaran-a istinadla xəbər verir ki, bunu İranın Livan, İordaniya və Qətərdəki keçmiş səfiri Məhəmmədəli Sobhani deyib.
O, Qafqaz regionunda yaranmış kritik vəziyyətə toxunub: "Qafqaz bölgəsindəki böhran İslam Respublikası üçün təhlükəsizlik probleminə çevrilmə potensialına malikdir. Rəsmi Tehran böhranı cilovlamaq üçün regionun nüfuzlu aktorları ilə birlikdə çoxtərəfli qrup yaratmalıdır. Müharibənin qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə etməliyik. Təbii ki, mənim proqnozum müharibənin baş verəcəyi deyil, amma risk çox yüksəkdir". Toyuqlu pizza
Sabiq diplomat əlavə edib: "Bu gün Rusiya Ukrayna böhranına girdiyi üçün, keçmişdə olduğu kimi, regiona təsir etmək imkanına malik deyil. ABŞ-la bağlı vəziyyət fərqlidir. İrəvan və Vaşinqton birgə hərbi təlim keçirir. Digər tərəfdən Ermənistanın Vaşinqtonda çox güclü lobbisi var. Amma Rusiya ABŞ-ın Ermənistanla Azərbaycan arasındakı münaqişəyə qarışmasının əleyhinədir".
Telegram kanalımız