Tələbələrin nəzərinə:   Sənəd qəbulu başlayır

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrin nəzərinə: Sənəd qəbulu başlayır

Sosial

30 İyun 2026 09:52 161


2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır.

Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Sənəd qəbulu elektron formada həyata keçiriləcək. pizza mizza

Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu iyulun 13-ü saat 10:00-dan iyulun 19-u saat 18:00-dək davam edəcək. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər. Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!