Telefonun batareyasını səssiz-səssiz öldürən vərdiş – DİQQƏTLİ OLUN

saytların hazırlanması

Evə çatdırılma

Telefonun batareyasını səssiz-səssiz öldürən vərdiş – DİQQƏTLİ OLUN

Rəqəmsal

28 Sentyabr 2026 11:09 122


Telefonun batareyasını qorumaq üçün çoxumuz onun şarjını 100 faizə çatdırmamağa və ya gecə boyu şarjda saxlamamağa çalışırıq. Amma batareyanın ömrünü qısaldan əsas səbəb düşündüyümüzdən fərqli ola bilər. Mütəxəssislərə görə, smartfon batareyasının ən böyük düşmənlərindən biri yüksək temperaturdur.

“Yeni Sabah” xəbər verir ki, müasir telefonların əksəriyyətində litium-ion batareyalardan istifadə olunur. Bu batareyalar zaman keçdikcə təbii şəkildə köhnəlir. Lakin bəzi gündəlik vərdişlər bu prosesi sürətləndirir.

Telefonu şarjda işlətmək Marqarita pizza

Ən çox rast gəlinən səhvlərdən biri telefonu şarj edərkən ağır proqramlardan istifadə etməkdir. Xüsusilə oyun oynamaq, uzun müddət video izləmək və digər enerji tələb edən işlər cihazın daha çox qızmasına səbəb olur. Şarj zamanı telefon onsuz da istilik yaradır. Prosessorun da intensiv işləməsi temperaturu daha da yüksəldir. Yüksək temperatur isə batareyanın kimyəvi cəhətdən daha sürətli qocalmasına səbəb olur.

Gecə boyu şarjda saxlamaq

Telefonu gecə şarjda qoymaq cihazın dərhal xarab olması demək deyil. Müasir smartfonlar batareya tam dolduqda enerji qəbulunu idarə edir. Bununla belə, batareyanın uzun müddət 100 faiz səviyyəsində qalması onun ömrünə mənfi təsir göstərir. Buna görə bir çox telefonda “Optimized Charging” və ya batareyanı müəyyən faizdə saxlamaq funksiyası var.

Telefonu 0 faizə qədər gözlətmək lazım deyil

Batareyanı qorumaq üçün telefonu mütləq tam boşaldıb sonra 100 faizə qədər doldurmaq lazım deyil. Əksinə, litium-ion batareyalarda tez-tez tam boşalma əlavə yük yarada bilər. Telefonun enerjisi 20-30 faizə düşəndə onu şarja qoşmaq tamamilə normaldır. Hissə-hissə şarj etmək də batareyaya zərər vermir.

Sürətli şarj təhlükəlidirmi?

Sürətli şarjın özü batareyanı “öldürmür”. Müasir telefonlar şarj prosesini avtomatik idarə edir. Əsas məsələ yenə temperaturdur. Uyğun olmayan və keyfiyyətsiz adapter və kabellərdən istifadə isə həm batareyaya, həm də telefonun özünə problem yaradır.

Ən təhlükəli vərdişlərdən biri

Telefonu günəş altında, isti avtomobildə və ya digər yüksək temperaturlu yerdə saxlamaq batareyaya ciddi zərər verir. İstehsalçılar 35°C-dən yuxarı temperaturda telefonu uzun müddət istifadə etməməyi və şarj etməməyi tövsiyə edirlər. Yəni batareyanın ömrünü qorumaq üçün əsas qayda sadədir: telefonu həddindən artıq qızdırmayın.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!