Telli Borçalı efirdə gərgin anlar yaşatdı:   Əməkdaşları vurdu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO

Şou

06 Noyabr 2025 09:12 3795


Aşıq Telli Borçalı ilə ARB Televiziyasının əməkdaşı arasında insident yaşanıb.

 “Yeni Sabah” xəbər verir ki, telekanalın yaydığı rəsmi məlumata görə, hadisəyə səbəb ifaçının mahnısının cəmi 10 saniyəlik hissəsinin səhv yayımlanması olub.

Məlumatda bildirilir ki, “Həmin Zaur” verilişinin kameraarxası görüntülərində insident anı lentə alınıb. ARB-nin əməkdaşı baş verən hadisə ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb. Sezar pizza

Mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) də məsələ ilə bağlı fikrini bölüşüb:

“Deməli, camaat bəlkə də bilmir, amma bütün kanallarda gecikmə var — ən çox gecikmə isə bu kanaldadır, təxminən, 10 dəqiqəyə yaxındır. Əgər bu 10 dəqiqəlik gecikməni də özlərinə pay kimi bölüşdürürlərsə, deməli, bu gün buna ehtiyacları var. Halbuki, orada o qədər “böyük” aparıcılar var, amma bəzən sözlərini belə deməyi bacarmırlar. Ona görə də belə mövzularla gündəmdə qalmağa çalışırlar”.

Hazırda hadisə ilə bağlı həm ifaçının, həm də telekanalın mövqeyi sosial mediada geniş şəkildə müzakirə olunmaqdadır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!