Temperatur altı gün normadan aşağı olub

Temperatur altı gün normadan aşağı olub

Sosial

25 Yanvar 2023 15:32 528


Bu ilin yanvar ayı Abşeron yarımadasında mürəkkəb temperatur rejimi ilə xarakterizə olunur. Ayın ötən dövrü ərzində havanın orta sutkalıq temperaturu 6 gün (1-7.2°) normadan aşağı, 14 gün normadan yüksək (3-7˚), üç gün isə norma daxilində olub. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. 

U.Tağıyevanın sözlərinə görə, son günlərdə temperatur normadan yüksək olsa da, yanvarın 23-24-də və 24-dən 25-nə keçən gecə Abşeron yarımadasında havanın temperaturu 0°-dən aşağı - 0.4 dərəcə şaxta, Sumqayıtda isə 1.2 dərəcə şaxta olub: 

“Bunun əsas səbəbi ərazimizdə formalaşan sinoptik proseslərdir. Yüksək təzyiq sahəsinin ərazimiz üzərində yerləşməsi hava şəraitinin mülayim, sabit, buludsuz keçməsinə səbəb olur. Abşeron yarımadasında havanın buludsuz olması nəticəsində gecələr radiasion soyuma prosesi gedir, yer səthi daha sürətlə soyuyur. Həmin faktorlar gecə saatlarında temperaturun 0°-dən enməsinə şərait yaradır. Yanvarın 25-27-də gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturunun 0-2° şaxta olacağı gözlənilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!