Bazar günü İstanbulun İstiqlal prospektində terror aktı törədən qadının yanındakı 2 israilli qadın diqqətləri özünə cəlb edib.
Yenisabah.az "Ynetnews"a istinadla xəbər verir ki, Taksim meydanı yaxınlığında kameralara düşən həmin qadınlar Aşdod şəhərinin sakinləri Or Ateci və Natali Svissadır.
Türkiyəyə istirahətə yollanmış cütlük artıq İsrailə qayıdıb. pizza hut
Atecinin əri və Svissanın qardaşı Liran Ateci bildirib ki, cütlük ən azı 8 başqa israilli qadınla səfərdə olublar və son gün onlar alış-verişə getmək üçün qrupdan ayrılıblar:
"Həyat yoldaşım və bacım özü də bilmədən terrorda şübhəli bilinən şəxsin yaxınlığında gəziblər. Yaxınlıqdakı mağazada bir neçə dəqiqə dayananda qadın onların yanından keçib və sonra güclü partlayış olub. Təxminən 50 metr aralıda".
Yeri gəlmişkən, İsrail Milli Təhlükəsizlik Şurası (NCS) orta təhlükə səviyyəsi hesab edilən Türkiyə üçün 3-cü səviyyəli səyahət xəbərdarlığı edib. Buna əsasən, ölkəyə qeyri-vacib səfərlərdən çəkinmək tövsiyə olunur.
Telegram kanalımız