Texnoloji gələcəyi qurmağa davam edirik!

saytların hazırlanması

Evə çatdırılma

Texnoloji gələcəyi qurmağa davam edirik!

Sosial

28 Oktyabr 2022 12:59 818


Azercell-in dəstəyi ilə İnformatika üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq.  

“Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Layihəyə qoşulacaq ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə edəcəklər. Bu təlimlərə tələbat məktəblilərimizin informatika üzrə uğurlarının artması nəticəsində yaranıb. 

Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə çərçivəsində 30 müəllimin 6 həftə ərzində dərslərə cəlb olunması nəzərdə tutulub. Son qeydiyyat tarixi 29.10.2022-dir. Seçmə imtahanda uğurlu nəticə göstərən müəllimlər bu proqrama qoşula biləcəklər. Dərslər onlayn formatda keçiriləcək. Toyuqlu pizza

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: 

https://www.oxuyan.az/exams/informatika-fenni-uzre-olimpiadalara-hazirliq-muellimleri-telimlerine-secme-imtahani-btbdqv

Bütün iştirakçılara uğurlar arzulayırıq!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!