“Türkiyədə baş verən zəlzələdən sonra insanlarda çoxmərtəbəli yeni tikililərdə yaşamaq artıq qorxuya çevrilib. Üstəlik, sosial şəbəkələrdə müxtəlif qeyri-rəsmi, yalan məlumatların yayılmasıda da insanlarda qorxu yaradır...”
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış əmlak eksperti Elnur Fərzəliyev sosial şəbəkə hesabında yazıb.
O, tikinti şirkətlərinin xalqa açıqlama verməli olduğunu bildirib: pizza sifarişi
“Hələ ki bina tikənlərdən "Şərurlu İsfəndiyar"dan başqasını görmədim ki, çıxıb mediada tikdikləri binaların keyfiyyəti barədə açıqlama versin. Tikdiyiniz binalardan tam əminsinizsə, o zaman çıxın efirlərə, gördüyünüz işlərin keyfiyyəti barədə xalqa məlumat verin. Camaat da rahat olsun, siz də.
Sizin danışmalı olduğunuz məsələləri mən niyə danışmalıyam axı?”
Telegram kanalımız