“TikTok” əmlakçısına 8 il həbs

saytların hazırlanması

Evə çatdırılma

“TikTok” əmlakçısına 8 il həbs

Kriminal

25 Sentyabr 2026 13:46 112


Bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Daşqın Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza

Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib. Ümumi dəymiş ziyan 378 min manatdır.

Təqsirləndirilən Daşqın Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi üzrə cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!