TIR evin həyətinə aşdı: 4 nəfər öldü, 8 nəfər yaralandı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

TIR evin həyətinə aşdı: 4 nəfər öldü, 8 nəfər yaralandı - FOTO

Hadisə

08 Sentyabr 2026 22:03 83


Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda fındıq işçilərini daşıyan kənd təsərrüfatı nəqliyyat vasitəsi TIR-la toqquşub.

“Yeni Sabah” xəbər verir ki, baş verən qəza zamanı “16 AAY 442” dövlət nömrə nişanlı, dəmir-polad yükü daşıyan TIR fındıq işçilərini daşıyan “patpat” adlanan kənd təsərrüfatı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşmanın təsirindən TIR kənd təsərrüfatı nəqliyyat vasitəsinin üzərinə düşüb və daha sonra yaxınlıqdakı evin həyətinə yuvarlanıb. Marqarita pizza

Hadisə yerinə çox sayda təcili tibbi yardım, yanğınsöndürən, polis və jandarma əməkdaşı cəlb olunub. Qəza nəticəsində 3 qadın işçi və tarla sahibi hadisə yerində vəfat edib.

Yaralanan 8 nəfər isə təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!