“Tıxacı azaltmaq üçün metronu işə salmaq lazımdır”   - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Tıxacı azaltmaq üçün metronu işə salmaq lazımdır” - Ekspert

Sosial

15 Aprel 2021 16:19 591


Son günlər paytaxt yollarında uzun tıxaclar olur və bu, hər kəsdə narahatlıq yaradır. Çünki heç kim iş yerinə, evinə vaxtında çata bilmir. Tıxac problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Yenisabah.az xəbər evrir ki, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı Modern.az-a bildirib ki, yollarla bağlı problemdə əsas diqqəti ictimai nəqliyyata yönəltmək lazımdır:

“Dünyanın böyük şəhərlərinə diqqət yetirsək, görə bilərik ki, oradakı avtomobillər Bakı şəhərində olandan dəfələrlə çoxdur. Amma dözülməz tıxaclar olmur, çünki mükəmməl ictimai nəqliyyatı, metro şəbəkəsi var. Sezar pizza

Biz də əsas diqqəti nəqliyyat sisteminin düzgün qurulmasına yönəltməliyik. Xarici ölkələrdə velosipeddən də nəqliyyat vasitəsi kimi istifadə edirlər və bu, tıxacın yaranmamasına səbəb olur.

Tıxacın yaranmasının digər səbəbləri isə yol ayrıclarının tənzimlənməmısi, parklanma problemi, bəzi küçələrdə təmir işlərinin getməsidir. Eyni zamanda, metronu işə salmaq lazımdır ki, sərnişin sıxlığı aradan qalxsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!