Torpağın üstünə tualet kağızı sərirlər   - SƏBƏB BUDUR

saytların hazırlanması

Evə çatdırılma

Torpağın üstünə tualet kağızı sərirlər - SƏBƏB BUDUR

Dünya

14 Sentyabr 2026 23:29 56


Avropada bağ sahibləri torpağın üzərinə tualet kağızı sərməyə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, payızın gəlişi ilə bağlarda torpağın qışa hazırlanması üçün fərqli üsullardan istifadə edilir. Yay boyu tərəvəz və meyvə yetişdirilən torpaq isti havalarda quruyaraq sərtləşə bilir. Buna görə də payızda torpağın nəmini qorumaq və gələn mövsüm üçün daha yaxşı vəziyyətə gətirmək vacibdir.

Bu məqsədlə bəzi bağ sahibləri torpağın üzərinə metrlərlə tualet kağızı sərərək onu örtük kimi istifadə edirlər. İlk baxışda qəribə görünən bu üsulun bir sıra faydaları olduğu bildirilir. Marqarita pizza

Asanlıqla parçalanan tualet kağızı torpağın səthində müvəqqəti örtük yaradır. Bu qat torpaqdakı nəmin daha az buxarlanmasına kömək edir. Kağızın üzərinin yarpaq, saman və ya kompostla örtülməsi isə onun küləklə uçmasının qarşısını alır və parçalanmasını sürətləndirir.

Bundan başqa, kağız torpağa düşən günəş işığını azaltdığı üçün bəzi alaq otlarının böyüməsini də məhdudlaşdırır.

Mütəxəssislər bu üsuldan istifadə ediləcəksə, kağızın torpağa qalın qatla deyil, nazik şəkildə sərilməsini və üzərinin təbii materiallarla örtülməsini tövsiyə edir.   

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!