“Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir”   - Niyaməddin Musayev

saytların hazırlanması

Evə çatdırılma

“Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir” - Niyaməddin Musayev

Şou

21 Sentyabr 2020 17:22 2015


Toysuz qalan şou-biznes nümayəndələrinin əksəriyyəti pulsuzluqdan şikayət edirlər. 

Qazancları əsasən toylardan “çıxan” müğənnilər aylardır ki, toylarsız, şənliklərsiz, şou-proqramlarsız qalıblar. Onlar maşınlarını, evlərini satışa çıxarmağa başlayıblar. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Niyaməddin Musayev karantin olsa da Prezident təqaüdü ilə dolana bildiyini deyib:  pizza sifarişi

“Hamı kimi mən də karantini evdə keçirirəm. Artıq yumşalmalar var, çıxıb idman edə bilirəm. Ağ Şəhərə gedirəm, 6 kilometrə yaxın qaçıram, gəzirəm. Yeni nəğmələrim var, bundan sonra da yazdırmağı planlaşdırıram. 

Heç xəbərim yoxdur ki, müğənnilər evlərini, maşınlarını satışa çıxarırlar. Amma satsalar da öz işləridir. Toylar yoxdur deyə sənətçilərin maddi durumları çox aşağıdır. Mənim özümün nəyisə satmağıma ehtiyac yoxdur, prezident təqaüdü alıram. Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir, bir təhər dolanırıq. Amma fikrimcə, toylar mütləq lazımdır. Yavaş-yavaş düzəlir, İnşallah ki, toylara da icazə veriləcək. Təki insanların maddi rifahı düzəlsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!