Toyda 34 nəfərin zəhərlənməsinə səbəb nə olub?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Toyda 34 nəfərin zəhərlənməsinə səbəb nə olub? - Açıqlama

Sosial

10 İyul 2023 16:05 743


Xəbər verdiyimiz kimi, dünən Ağcabədi rayonunun Rəncbərlər kəndində kütləvi zəhərlənmə baş verib. Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağırdır. 

Hadisə ilə bağlı Bakupost.az -a danışan Rəncbərlər kənd bələdiyyəsinin sədri Zahir Bayramov ətraflı məlumata malik olmadığını bildirib:  pizza

“Hazırda xəstəyəm, məzuniyyətdəyəm, 1-2 ay işləməyəcəm. Mən də eşitmişəm ki, qida səbəbilə kütləvi zəhərlənmə baş verib. Ətdən, spirtli içkidən, yoxsa sudan olduğu açıqlanmayıb. Ətdən ola bilməz. Təzə kəsilmiş heyvanın ətidir. Kolbasa, şirə, spirtli içkidən ola bilər”. 

Z.Bayramov, müalicə alan 1 nəfər haqqında da bilgiyə sahib olmadığını qeyd edib: 

“Dedilər ki, hamısı buraxılıb. Müalicə alan 1 nəfər kimdir, bilmirəm”. 

Ağabədi Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!