Tramp Baydeni “kəmağıl”  adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Baydeni “kəmağıl” adlandırdı

Dünya

26 Dekabr 2022 12:39 634


ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp Milad mesajında ölkəni məhv etməyə çalışan demokratları “radikal solçu marksistlər” adlandırıb.

Yenisabah.az xəbər verir ki, Tramp ABŞ-ın hazırkı lideri Co Baydenin “kəmağıl” olduğunu bildirib.

“Hər kəsin, o cümlədən ölkəmizi məhv etməyə çalışan radikal sol marksistlərin Milad bayramı mübarək. Bu gün FBI qeyri-qanuni olaraq, sosial və digər medianı məcbur edir ki, zehni cəhətdən zəif olan demokratları parlaq və dərrakəli olduqlarını göstərsinlər. Hətta demokratları ABŞ-ı sevən Donald Trampdan üstün olmağa təşviq etmək üçün onları tərifləyən mediaya pul belə ödəyirlər”, – deyə Tramp özünə məxsus olan “Truth Social”da yazıb. Dominos pizza

Sabiq prezident ABŞ Ədliyyə Nazirliyini də təbrik edərək, onu “Ədalətsizlik Nazirliyi” adlandırıb və “hər kəsə sevgi” arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!