ABŞ Prezidenti Donald Tramp ABŞ və İranın avqustun 3-dən danışıqlar aparacağını bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, o qeyd edib:
"Biz onlarla dialoq aparacağıq və bu, danışıqlar formatında olacaq. Onlar sabah günortadan sonra danışıqlara başlayacaq. Bunun baş verməsini görmək istərdim. Bu, çoxlu insanın həyatını, çoxlu səyi xilas edərdi". Sezar pizza
Tramp İrana güclü bir hücum planlaşdırdığını xatırladıb: "Onlar bunu istəmirdilər. Açığı, Səudiyyə Ərəbistanı da bunu istəmirdi. Onlar razılaşmanın yaxın olduğunu düşünürdülər".
O, sözügedən razılaşmaların Hörmüz boğazında gəmiçilik və İranın nüvə proqramı ilə bağlı olduğunu bildirib.
Telegram kanalımız