Tramp və Netanyahu sağ qurtula bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Netanyahu sağ qurtula bilməyəcək

Dünya

23 Sentyabr 2026 18:21 105


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Tramp İrana qarşı yanlış addımlar atdığını anlayıb və onun kimi, İsrailin Baş naziri Benyamin Netanyahu da sağ qurtula bilməyəcək.

"Yeni Sabah" xəbər verir ki, Rezai ABŞ-nin İranla bacara bilmədiyini qabardıb.

"Biz sübut etdik ki, Amerika İranla bacara bilmədi və gələcəkdə 2 rəqib gücü ilə müharibədə də ciddi problemlərlə üzləşəcək", - iranlı general vurğulayıb. Dominos pizza

Onun sözlərinə görə, İranın raketi Corc Vaşinqton təyyarədaşıyan gəmisinin üzərində partlayıb: "Amerika sualtı qayığına tərs mühəndislik tətbiq edirik.

Bu sualtı qayıq okeanda 6 min metrə qədər kəşfiyyat aparır və fövqəladə dərəcədə dəyərlidir. Bəlkə də gələcəkdə bəzi ölkələr bizə deyəcək ki, onun texnologiyasını bölüşün və bunun müqabilində bir neçə milyard dollar pul verərik".

Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə danışıqlara da münasibət bildirib. "Biz artıq keçmiş diplomatiyaya, İslamabad vəziyyətinə və ondan əvvəlki dövrə qayıtmırıq; amerikalılar əvvəlcə İranın 7 şərtini yerinə yetirməlidirlər, əks halda nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq", - Rezai qeyd edib.

O xatırladıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 7 şərtini ABŞ rəsmilərinə təqdim edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!