ABŞ Prezidenti Donald Trampın keçmiş xüsusi elçisi, təqaüddə olan general Keith Kellogg bildirib ki, NATO özünü “çəkingən” və effektiv olmayan təşkilat kimi göstərib - xüsusilə İranla əlaqədar münaqişələrdə.
“Yeni Sabah” xəbər verir ki, o, Fox News-ə müsahibəsində alyans ölkələrini tənqid edib və ABŞ-nin alternativ müdafiə tərəfdaşları ilə işləməsinin faydalı ola biləcəyini vurğulayıb:
“NATO özünü çəkingən göstərir. Bəlkə də yeni bir NATO, yeni müdafiə alyansı yaratmaq lazımdır”, - general söyləyib. pizza
O, həmçinin NATO müqaviləsinin 13-cü maddəsinə istinad edərək, istənilən tərəfin bir il əvvəl xəbərdarlıq verərək alyansdan çıxa biləcəyini xatırladıb.
K.Kellogg təklif edib ki, mövcud müdafiə quruluşları yenidən nəzərdən keçirilsin və Yaponiya, Avstraliya və bəzi Avropa ölkələri, hətta Ukrayna da daxil olmaqla, döyüşə hazır tərəfdaşlarla yeni alyans yaradılsın.
Telegram kanalımız