Türkiyə Ermənistanla sərhədi açdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Ermənistanla sərhədi açdı

Dünya

13 İyun 2026 11:16 1765


Ermənistan tərəfindən Livana göndərilən humanitar yardım yükü Türkiyə ərazisindən tranzitlə keçib.

"Yeni Sabah" xəbər verir ki, erməni mətbuatının məlumatına görə, ümumi 80 tonluq yardım karvanı 4 yük maşınından ibarət olub və iyunun 12-də Marqara sərhəd-keçid məntəqəsindən Türkiyə istiqamətinə daxil olaraq Livana doğru hərəkət edib.

Məlumata əsasən, sərhədin müvəqqəti açılması Ermənistan hökumətinin Baş nazir Aparatı və Xarici İşlər Nazirliyinin Türkiyə tərəfi ilə apardığı danışıqlar nəticəsində əldə olunan razılaşma çərçivəsində mümkün olub. Dördpendirli pizza

Göndərilən humanitar yardıma 38 ton tibbi ləvazimat və gigiyena vasitələri, həmçinin 42 ton ərzaq məhsulları – əsasən konservlər və uzunmüddətli saxlanıla bilən qidalar daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!