Türkiyə hava məkanını erməni təyyarələri üçün bağlayıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə hava məkanını erməni təyyarələri üçün bağlayıb - Rəsmi

Rəsmi

04 May 2023 14:36 846


Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlı saxlamağa davam edir.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.

Onun sözlərinə görə, Türkiyənin qadağası ucbatından mayın 2-də təxirə salınan İrəvan-Paris-İrəvan reysinin 80 sərnişininin yarısı təzminat alıb.

Xatırladaq ki, Türkiyənin aviasiya orqanları əvvəlcədən xəbərdarlıq etmədən aprelin 29-dan etibarən “Flyone Armenia” şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçmaq üçün əvvəlcədən verdiyi icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qadağanı İrəvanda "erməni soyqırımı"nı həyata keçirən türk liderlərinin edamını təşkil edən "Nemesis" əməliyyatı iştirakçılarına abidənin açılması ilə izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!