Türkiyədə ailə faciəsi: qəzada 3 azyaşlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ailə faciəsi: qəzada 3 azyaşlı öldü

Dünya

17 İyun 2026 00:57 191


Türkiyənin Karaman vilayətində minik avtomobilinin dərəyə aşması nəticəsində üç azyaşlı həlak olub, dörd nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə vilayətin Kızık kəndində qeydə alınıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb. pizza sifarişi

Qəza nəticəsində bir ailənin üç azyaşlı övladı hadisə yerində həyatını itirib. Həlak olan uşaqların meyitləri məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib.

Yaralıların vəziyyətlərinin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!