Türkiyədə məktəb önündə atışma: Yaralı şagirdlər var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə məktəb önündə atışma: Yaralı şagirdlər var

Dünya

22 Sentyabr 2026 10:06 95


Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəbin qarşısında silahlı insident olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, naməlum şəxs hələlik müəyyən edilməyən səbəbə görə məktəbin qarşısında silahla ətrafa atəş açıb. Atəşə tutulma zamanı şagirdlərin yaralandığı barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olub. Sezar pizza

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım əməkdaşı göndərilib. Əraziyə gələn qrupların müdaxiləsi və hadisə yerində araşdırmalar davam edir.

Yaralıların vəziyyəti və hücumun hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!