Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğının bölgədə əsən güclü külək səbəbindən geniş əraziyə yayıldığı bildirilir.
Alovun söndürülməsi üçün bölgəyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi işləri havadan və qurudan davam edir. pizza
Yanğının təhlükə yaratdığı ərazilərdə, o cümlədən qocalar evi və bəzi yaşayış yerlərində insanların təxliyəsinə qərar verilib./Axar.az
Telegram kanalımız