Türkiyədə zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələ baş verdi

Hadisə

24 Sentyabr 2026 15:09 108


Türkiyənin Şanlıurfa əyalətində orta güclü zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 10:40-da qeydə alınan yeraltı təkanların ocağı Karaköprü rayonu olub. Böyüklüyü 5,4 bal olan zəlzələ yerin 7,39 kilometr dərinliyində baş verib.

Sarsıntı Şanlıurfa ilə yanaşı Diyarbəkir, Qaziantep, Adıyaman, Mardin və Malatya kimi ətraf əyalətlərdə də hiss olunub. Həyəcanlanan sakinlər küçələrə axışaraq açıq havada gözləməyə üstünlük veriblər. Sezar pizza

İlkin rəsmi məlumatlara görə, yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb. Ərazidə monitorinq və araşdırma işləri davam etdirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!