“Üç aydır maaş almırıq...”

saytların hazırlanması

Evə çatdırılma

“Üç aydır maaş almırıq...”

İdman

18 May 2025 10:18 722


Adı “Kəpəz”lə yanaşı hallanan Mirça Rednik bu məsələdə açıq danışmaq qərarına gəlib. Hazırda Rumıniyada “UTA Arad”ı çalışdıram mütəxəssis Gəncə təmsilçisiylə danışıq apardığını etiraf edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Digisport.ro” saytı məlumat yayıb. Məlumata görə, rumıniyalının “sarı-göylər”in baş məşqçisi olması, sadəcə, an məsələsidir. Hər halda, Rednik belə deyir:

“UTA Arad” da çalışmaq mənim üçün çox ağırdır. Mən maddi sabitlikdən başqa nəsə istəmirəm. Pepperoni pizza

Həqiqətən yeganə arzum budur. Üç ay maaş almamaq normal hal deyil. Paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm və onlardan futbol tələb edirəm. Oyunçular isə maaş almadıqlarını bildirir. “Kəpəz”in maliyyə şərtlərini isə bəyəndim.

Onlarla bu yöndə razılığa gəlmişik. Bəs burada durum necədir? Sanki baş məşqçi yox, könüllüyəm.

İnanıram ki, yaxşı xatırlanacam. Çünki komanda üçün əlimdən gələni etdim. Hətta onlara pul mükafatları da verdim”.

Mirça Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb və komandaya ölkə kubokunu qazandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!