UEFA Azərbaycan millisi və “Qarabağ”ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.
Yenisabah.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi “Twitter” səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.
Paylaşımda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi qeyd olunub.
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir.
Telegram kanalımız